Ucnoqta.az
www.ucnoqta.az

"200-ə yaxın təşkilat qeydiyyat üçün müraciət edib” - <font color=red><b>PA rəsmisi</b></font>

14:08 - 23 May 2022 tarixində dərc olunub.

“Hazırda 200-ə yaxın təşkilat qeydiyyata alınmaq üçün müraciət edib”.

Ucnoqta.az xəbər verir ki, bunu Prezident Administrasiyasının (PA) Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev “Dayanıqlı inkişaf üçün ədalətli, sülhsevər və açıq cəmiyyətləri təşviq etmək” mövzusunda keçirilən ictimai müzakirədə deyib.

O bildirib ki, bu müraciətlər araşdırılır: "Araşdırmalar zamanı məlum olub ki, onların da böyük əksəriyyəti reketçiliklə məşğul olmaq istəyirlər. Hesab edirəm ki, hər müraciət edəni qeydiyyata almamalıyıq. Biz ictimai şuralarla qanunu da təkmilləşdirməliyik”.

Müəllif: