Ucnoqta.az
www.ucnoqta.az

Övladı və nəvəsinin qəbirləri dağıdılan şəxsin ittihamına DİN münasibət bildirdi

16:40 - 20 May 2022 tarixində dərc olunub.

Şirvan sakini qohumlarını öz övladının qəbrini dağıtmaqda ittiham edir.

Vətəndaş iddia edir ki, məsələnin araşdırmasında polis əməkdaşları tərəfindən zəruri addımlar atılmır.

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Şirvan şəhər sakini Ə.Nuriyev qeyd olunan məsələ ilə bağlı Şirvan Şəhər Polis Şöbəsinə müraciət edib:

“Daxil olan müraciətlə əlaqədar Şirvan Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi açılıb. Hazırda cinayət işi üzrə araşdırmalar davam etdirilir”.

Qeyd edək ki, Şirvan sakini Əfrayıl Nuriyev APA TV-yə müraciət edərək, oğlu və bir yaşlı nəvəsinin qəbirlərinin yaxın qohumları tərəfindən dağıdıldığını iddia edib. Əfrayıl və Qonça Hacıəliyeva iddia ediblər ki, məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilsə də, polis şikayətə lazımınca diqqət göstərmir. Ailə məzarı dağıdan şəxs və ya şəxslərin qanunvericiliyə əsasən cəzalandırılmalarını tələb edir.

 

Müəllif: