Ucnoqta.az
www.ucnoqta.az

Kürdəmirdə avtomobil aşdı - <font color=red><b> ər və arvad ağır xəsarət alıb</b></font>

08:30 - 20 May 2022 tarixində dərc olunub.
Kürdəmir rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un məlumatına görə, sürücü, 1956-cı il təvəllüdlü Həsənov Cəsarət Abbasqulu oğlu avtomobilə idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi aşıb. Hadisə zamanı C.Həsənov və həyat yoldaşı, 1959-cu il təvəllüdlü Cəfərova Nəzakət Ənvər qızı xəsarət alıb. Hər iki yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı yaralılara sol bazu sümüklərinin sınıqları diaqnozu qoyulub. Hadisənin təfərrüatı araşdırılır.
Müəllif: