Ucnoqta.az
www.ucnoqta.az

Bakıda bu yol Formula 1-ə görə <font color=red><b>BAĞLANIR</b></font>

11:32 - 19 May 2022 tarixində dərc olunub.

19 may saat 23:00-dan Səməd Vurğun - Zərifə Əliyeva küçəsinin kəsişməsindən Neftçilər prospektinə qədər yolun bir hissəsi bağlı olacaq.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) Ucnoqta.az-a verilən məlumata görə, bu, "Formula 1" üzrə Azərbaycan Qran-prisinə hazırlıq işləri ilə əlaqədardır.

Yolun həmin hissəsi yarış bitənədək nəqliyyatın hərəkəti üçün bağlı olacaq.

Qeyd edək ki, Azərbaycan Qran-prisi 10 - 12 iyunda keçiriləcək. BŞH sürücülərə anlayışlarına görə təşəkkürünü bildirib.

Müəllif: