Ucnoqta.az
www.ucnoqta.az

DSMF-nin xərcləri 6 faiz artıb

11:24 - 19 May 2022 tarixində dərc olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun xərcləri bu ilin yanvar-aprel aylarında 1 mlrd. 767 mln. manat təşkil edib.

Bu barədə Ucnoqta.az-a Nazirlikdən xəbər verilib.

Bildirilib ki, bu, ötən ilin müvafiq dövrünə nisbətən 6 faiz və ya 101 mln. manat çoxdur.

DSMF-nin xərclərinin artmasının əsasında pensiya, müavinət, təqaüd və ünvanlı sosial yardım üzrə ödənişlərin mütəmadi artımı, sosial təminat sisteminin əhatə dairəsinin mütəmadi genişlənməsi dayanır.

Müəllif: