Ucnoqta.az
www.ucnoqta.az

Bakıda məktəbdə şagird bıçaqlandı - <font color=red><b>Saxlanılan var</b></font>

09:48 - 19 May 2022 tarixində dərc olunub.

Bakıda məktəbdə şagirdlər arasında bıçaqlanma hadisəsi baş verib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 218 saylı orta məktəbdə qeydə alınıb.

Məktəbin şagirdi, 2007-ci il təvəllüdlü oğlan münaqişə zəminində 2008-ci il təvəllüdlü digər şagirdə bıçaqla xəsarətlər yetirib. Qol və bud nahiyəsindən xəsarətlər alan şagird xəstəxanaya aparılıb və ona tibbi yardım göstərilib.

Hadisəni törətməkdə şübhəli bilinən məktəbli saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif: