Ucnoqta.az
www.ucnoqta.az

Laçında itkin düşən əsgərlərin axtarışı ilə bağlı <font color=red><b>RƏSMİ AÇIQLAMA</b></font>

17:08 - 18 May 2022 tarixində dərc olunub.

Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində itkin düşmüş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları - əsgər Məmmədov Fərid Əjdər oğlu və əsgər Abdullayev Firdovsi Mais oğlunun axtarışı davam edir.

Bu barədə Ucnoqta.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hava şəraitinin əlverişsiz olmasına baxmayaraq, hərbi qulluqçuların tapılması məqsədilə yüksək dağlıq və çətin relyefli ərazilərdə axtarış tədbirləri aparılır: “Dağlara yağan qar hələ də əriməyib. Bunlar isə axtarış tədbirlərini çətinləşdirir. Lakin buna baxmayaraq itkin düşən hərbçilərimizin axtarış davam edir”.

Qeyd edək ki, martın 5-də Laçın rayonu ərazisində yerləşən bir döyüş mövqeyindən digərinə hərəkət edən Azərbaycan Ordusunun əsgərləri – F.Məmmədovla F.Abdullayev hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən azıblar.

Müəllif: