Ucnoqta.az
www.ucnoqta.az

Kəlbəcərdə mövqelərimiz<font color=red><b> ATƏŞƏ TUTULDU</b></font>

22:30 - 17 May 2022 tarixində dərc olunub.
Mayın 17-i axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd və Aşağı Şorca yaşayış məntəqələrində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yellicə və Barmaqbinə məntəqələri istiqamətlərində yerləşən Ordumuzun mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub. Bu barədə Ucnoqta.az-a Müdafiə Nazirliyindən bildirilib. Bildirilib ki, bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.
Müəllif: