Ucnoqta.az
www.ucnoqta.az

Operativ Qərargah vaksin olunanlarla bağlı məlumat yaydı - <font color=red><b>FOTO</b></font>

19:37 - 17 May 2022 tarixində dərc olunub.

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 3 530 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Ucnoqta.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 367, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 487, üç və daha çox doza vaksin vurduranların sayı 2 412, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 264 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 691 178, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 344 206, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 844 534, üç və daha çox doza vaksin vurduranların sayı 3 259 032, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 243 406 təşkil edir.

Müəllif: