Masallı rayonunun Şıxlar kəndində istirahət mərkəzinin ərazisində ümumi sahəsi 35 m² olan taxta konstruksiyalardan ibarət kotec və yaxınlıqda 2 ədəd ağac yanıb.
Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Ərazidəki digər tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.