Ucnoqta.az
www.ucnoqta.az

Rusiyada sualtı atom qayığında yanğın olub

12:27 - 17 May 2022 tarixində dərc olunub.

Rusiyada "Lenin komsomolu" adlı ilk atom sualtı qayığında yanğın baş verib

Ucnoqta.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə fövqəladə hallar xidmətinin nümayəndəsi məlumat verib. Məlumata görə, yanğın söndürülüb, xəsarət alan olmayıb.

Yanğın ilk sovet nüvə sualtı gəmisi K-3 "Lenin Komsomolu"un bərpası zamanı baş verib.
Bildirilir ki, yanğına dokda qaynaq işləri səbəb olub.

Müəllif: