Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycan hərbçilərinin iştirak edəcəyi təlimlə bağlı brifinq keçirilib - <font color=red><b>FOTO</b></font>

10:39 - 17 May 2022 tarixində dərc olunub.

Türkiyənin Konya şəhərində keçirilən “Anatolian Phoenix-2022” taktiki-uçuş təliminə hazırlıq və mərhələlər üzrə icra olunacaq tapşırıqlar barədə brifinq təlimdə iştirak edəcək müxtəlif ölkələrin nümayəndələrinə təqdim olunub.

Bu barədə Ucnoqta.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotlarının və aviasiya vasitələrinin iştirakı ilə keçirilən beynəlxalq təlim may ayının 27-dək davam edəcək.

 

Müəllif: