Ucnoqta.az
www.ucnoqta.az

Anadangəlmə iflic olan 9 yaşlı qızın pensiyası kəsilib -<font color=red><b> VİDEO</b></font>

22:23 - 16 May 2022 tarixində dərc olunub.

Anadangəlmə iflic olan 9 yaşlı qızın pensiyası kəsilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Baku TV məlumat hazırlayıb. Belə ki, Qubanın Bağbanlı kənd sakinləri olan 9 yaşlı Bəyimxanım və Süsən Əhmədova anadangəlmə iflicdirlər.

Daha əvvəl əkiz qızlardan birinin - Bəyimxanım pensiyası kəsildiyindən qızların anası Arzu Manafova Baku TV-yə üz tutmuşdu. 2021-ci il, iyul ayının 4-ü pensiyası kəsilmiş və məsələnin Baku TV tərəfindən işıqlandırılması nəticəsində onun pensiyası həmin ilin noyabr ayının 15-də bərpa olunub.

​Hazırda isə bacılardan digərinin - Süsən Əhmədovanın pensiyası kəsilib. Daha ətraflı sujetdə:

Müəllif: