Ucnoqta.az
www.ucnoqta.az

İki qəsəbədə su olmayacaq

19:16 - 16 May 2022 tarixində dərc olunub.
Magistral su xəttində baş vermiş qəza ilə əlaqədar mayın 16-da axşam saatlarından başlayaraq mayın 17-si gün ərzində Abşeron rayonunun Qobu və Hökməli qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində fasilə yaranacaq. Ucnoqta.az xəbər verir ki, bu barədə “Azərsu” ASC-nin məlumat yayıb. ASC narahatlıqla əlaqədar abonentlərdən üzr istəyir.
Müəllif: