Ucnoqta.az
www.ucnoqta.az

Qəbələdə ağır qəza: <font color=red><b>2 nəfər öldü, 4 nəfər yaralandı</b></font>

12:47 - 16 May 2022 tarixində dərc olunub.

Qəbələdə ağır yol-nəqliyyat hadisəsi olub.

Ucnoqta.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Ağdaş-Zarağan avtomobil yolunun Qəbələ rayonu Böyük Əmili kəndi ərazisindən keçən hissəsində baş verib.

Rayonun Savalan kənd sakini Kamil Xasıyevin idarə etdiyi “Opel” markalı avtomobillə Afiq Mahmudovun idarə etdiyi VAZ-2106 markalı avtomobillər toqquşub.

Nəticədə Afiq Mahmudov və VAZ-dakı sərnişin, 44 yaşlı Böyük Əmili kənd sakini Cumar Mirzəliyev hadisə yerində ölüb. “Opel” markalı avtomobilin sürücüsü Kamil Xasıyev və sərnişinləri - Mehriban və Arzu Xasıyevalar, eləcə də iki azyaşlı müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı cinayət işi başlanılıb.

Müəllif: