Ucnoqta.az
www.ucnoqta.az

Mərkəzi Bankın sədrinə yeni müşavir təyin edilib

10:20 - 16 May 2022 tarixində dərc olunub.

Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) İdarə Heyəti sədri Taleh Kazımova müşavir təyin edilib.

"APA-Econimics"in "PAŞA Bank"dan əldə etdiyi məlumata görə, bu vəzifəyə "PAŞA Bank"ın İnzibatçılıq şöbəsinin rəhbəri Fərhad Vəliyev təyin edilib. F. Vəliyev ötən həftədən etibarən vəzifəsinin icrasına başlayıb.

Qeyd edək ki, F. Vəliyev 2010-cu ildən “PAŞA Bank” ASC-də müxtəlif vəzifələrdə çalışıb.

 

Müəllif: