Ucnoqta.az
www.ucnoqta.az

Sumqayıtda avtomobil qadını vurub

17:56 - 15 May 2022 tarixində dərc olunub.
Sumqayıtda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA xəbər verir ki, hadisə şəhərin Sülh prospektində qeydə alınıb. Yolu keçmək istəyən gənc qadını “BMW” markalı minik avtomobili vurub. Ağır bədən xəsarətləri ilə alan qadın xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Müəllif: