Ucnoqta.az
www.ucnoqta.az

Qazaxda 55 yaşlı kişini at vurdu

09:24 - 15 May 2022 tarixində dərc olunub.

Qazax sakininə at təpik vuraraq xəsarət yetirib.

Hadisə rayonun "Mal bazarı”nda qeydə alınıb.

1967-ci il təvəllüdlü Abdulkərimov Rasim müxtəlif bədən xəsarəti ilə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Müayinə zamanı 55 yaşlı kişiyə açıq kəllə-beyin travması və baş-beyin əziyi, bədənin çox saylı əziyi diaqnozları qoyulub. Hazırda xəstənin vəziyyətinin ağır olduğu bildirilir.

Hadisənin təfərrüatı araşdırılır.///apa

Müəllif: