Ucnoqta.az
www.ucnoqta.az

Bakıda şadlıq sarayı yandı

23:02 - 14 May 2022 tarixində dərc olunub.

Bakıda şadlıq sarayında yanğın olub.

Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Sabunçu rayonunda ümumi sahəsi 2400 m² (hər mərtəbəsi 600 m²) olan dördmərtəbəli şadlıq sarayının dam örtüyünün yanar konstruksiyaları 10 m² sahədə yanıb.

FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb.

Şadlıq sarayının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın söndürülüb.

Müəllif: