Ucnoqta.az
www.ucnoqta.az

Bakıda qadın özünü 9-cu mərtəbədən atıb

16:09 - 14 May 2022 tarixində dərc olunub.

Bakının Suraxanı rayonunda intihar hadisəsi baş verib.

Ucnoqta.az APA -ya istinadən xəbər verir ki, hadisə Yeni Günəşli V massivində qeydə alınıb. Belə ki, 10-cu binada yaşayan 1990-cı il təvəllüdlü Məmmədova Gülər Sahib qızı 9-cu mərtəbənin balkonundan yerə atıb. O, aqonal vəxiyyətdə xəstəxanaya çatdırılıb. Həkimlərin səyinə baxmayaraq dünyasını dəyişib.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanılıb.

Müəllif: