Ucnoqta.az
www.ucnoqta.az

Dövlət Xidməti daha iki şirkətə qarşı iş qaldırıb

12:02 - 13 May 2022 tarixində dərc olunub.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Azərbaycan Duz İstehsalat Birliyi” QSC və “SunFood” MMC-yə qarşı antiinhisar qanunvericiyilinin pozulması əlamətləri üzrə iş qaldırıb.

Ucnoqta.az bu barədə nazirliyə istinadən xəbər verir.
İşə baxılması barədə məlumatlar Dövlət Xidmətinin rəsmi internet səhifəsində (https://competition.gov.az/az/page/melumat-merkezi/faydali/baxilacaq-islerin-cedveli.) yerləşdirilib.

"Qanun pozuntusu halları ilə rastlaşan sahibkarlar 195-1 Çağrı Mərkəzi, elektron poçt ([email protected]) və digər vasitələrlə Dövlət Xidmətinə müraciət edə bilərlər", - deyə qurum bəyan edib.

Müəllif: