Almaniyanın "Siemens" şirkəti Ukraynada apardığı müharibəyə görə Rusiya bazarından çıxdığını elan edib.
Bu barədə şirkətin yaydığı bəyanatda bildirilib.
“Siemens”in prezidenti və baş direktoru Roland Buş Rusiyanı kəskin tənqid edib:
"Biz Ukraynadakı müharibəni pisləyirik və Rusiyadakı sənaye fəaliyyətlərimizə son qoymaq üçün nizamlı prosesə riayət etmək qərarına gəldik. İşçilərimizə qayğı göstərmək borcumuzu və uzunmüddətli müştəri münasibətlərimizi nəzərə alsaq, bu, asan qərar deyildi. 170 ilə yaxındır ki, fəaliyyət göstəririk. Biz həmkarlarımıza və Ukrayna xalqına humanitar yardım göstəririk və beynəlxalq ictimaiyyətin sülh çağırışını dəstəkləyirik”, - o bildirib.