Ucnoqta.az
www.ucnoqta.az

Milli Məclisin 64 yaşlı əməkdaşını avtomobil vurdu

14:43 - 12 May 2022 tarixində dərc olunub.

Bakıda Milli Məclisin xanım əməkdaşını avtomobil vurub.

Ucnoqta.az Bakupost.az-a istinadən xəbər verir ki, hadisə Milli Məclisin yaxınlığında - Mehdi Hüseyn küçəsində baş verib.

MM-in Təhlükəsizlik Komitəsinin əməkdaşı, 64 yaşlı Zərifə adlı xanım yolu keçərkən qəzaya düşüb.

Onun vəziyyətinin ağır olduğu bildirilir.

Müəllif: