Ucnoqta.az
www.ucnoqta.az

Havalar nə vaxt <font color=red><b>İSİNƏCƏK? - AÇIQLAMA</b></font>

13:30 - 12 May 2022 tarixində dərc olunub.

"Mayın 14-dən hava tədricən istiləşəcək".

Ucnoqta.az xəbər verir ki, bu sözləri Lent.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.

O, mayın 13-ü səhər saatlarından başlayaraq temperaturun ötən günlərlə müqayisədə tədricən yüksələcəyi, Bakıda və Abşeron yarımadasında yağmursuz hava şəraiti olacağını bildirib:

"İlkin məlumata görə, sabahdan etibarən ölkə ərazisində hava şəraitinin nisbətən sabit olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mayın 14-dən isə havalar istiləşməyə doğru gedəcək".

Müəllif: