Ucnoqta.az
www.ucnoqta.az

Şəkidə ikimərtəbəli ev yanıb

09:28 - 12 May 2022 tarixində dərc olunub.

Şəkidə ev yanıb.

Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Şəki şəhərinin Zunud kəndində ümumi sahəsi 180 m² (hər mərtəbəsi 90 m²) olan ikimərtəbəli 4 otaq və 2 aynabənddən ibarət evin yanar konstruksiyaları və içərisindəki ev əşyaları yanıb.

Yanğın zamanı evin içərisində həcmi 50 litr olan 1 ədəd məişət qaz balonu yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə çıxarılıb. Bitişik köməkçi tikili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: