Ucnoqta.az
www.ucnoqta.az

Şəmkirdə 19 yaşlı gənc bıçaqlandı

09:02 - 12 May 2022 tarixində dərc olunub.

Şəmkir rayonunda bıçaqlanma hadisəsi olub.

"Report"un məlumatına görə, rayon sakini 2003-cü il təvəllüdlü H.Əkbərov mübahisə zəminində bıçaq xəsarəti alıb.

Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir.
Hadisəni törətməkdə onun qonşusu şübhəli bilinir.


Faktla bağlı araşdırmalara başlanılıb.

Müəllif: