Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycan millisi qələbə qazandı

22:46 - 11 May 2022 tarixində dərc olunub.

Bakıda təlim-məşq toplanışını başa vuran çimərlik futbolu üzrə Küveyt milli komandası hazırlıq çərçivəsində millimizlə növbəti yoldaşlıq oyununu keçirib.

Bakı Su İdman Sarayının ərazisindəki çimərlik futbolu meydançasında keçirilmiş oyun 3:2 hesabı ilə Azərbaycan milli komandasının xeyrinə başa çatıb.

Millimizin heyətində Fuad Hüseynov, Amid Nəzərov və Ramil Əliyev fərqləniblər.

Xatırladaq ki, komandamız bu rəqiblə keçirdiyi dörd oyunun 3-də qələbə qazanıb, bir oyunda isə məğlub olub.

Müəllif: