Ucnoqta.az
www.ucnoqta.az

Donbasda Rusiyanın 12 tankı, 1 helikopteri və 3 PUA-sı vurulub

08:52 - 11 May 2022 tarixində dərc olunub.

Ukrayna ordusu Donbasda Rusiyaya məxsus 12 tankı məhv edib.

Ucnoqta.az UNİAN-a istinadla xəbərinə görə, bu barədə Ukrayna Birləşmiş Qüvvələr Komandanlığı məlumat yayıb.
Məlumatda göstərilir ki, Donbasda rus ordusunun 12 hücumu dəf edilib. Əks həmlə nəticəsində Rusiya ordusuna məxsus 12 tank, 4 artilleriya qurğusu, 19 zirehli transportyor, 2 mühəndis texnikası və 7 hərbi avtomobil məhv edilib.

Həmçinin Donbas üzərində 1 Mi-24 helikopteri və 3 PUA vurulub.

Müəllif: