Ucnoqta.az
www.ucnoqta.az

Sabah bu rayonun qazla təchizatında fasilə yaranacaq

20:09 - 10 May 2022 tarixində dərc olunub.

“Qaz İxrac” İdarəsinə məxsus “Qaradağ-Tbilisi” yüksək təzyiqli magistral qaz kəmərinin Ağstafa rayonu ərazində olan hissəsində qaz sızması aşkar olunub.

“Azəriqaz”dan verilən xəbərə görə, aşkar olunmuş qaz sızmasının aradan qaldırılması məqsədilə 11.05.2022-ci il tarixində saat 10:00-dan işlər başa çatanadək “Ağstafa” QPS-dən qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri aparılan müddətdə Ağstafa şəhəri daxil olmaqla, rayonunun 16 kəndinin qaz təchizatında fasilə yaranacaq.

Müəllif: