Ucnoqta.az
www.ucnoqta.az

Bakıda keçiriləcək aksiya ilə bağlı -<font color=red><b> DİN-dən açıqlama</b></font>

18:51 - 10 May 2022 tarixində dərc olunub.

Sosial şəbəkələrdə mayın 14-də Bakıda aksiya keçiriləcəyi ilə bağlı məlumatlar yayılıb.

Məsələ barədə DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev “Qafqazinfo”ya açıqlama verib.

“Qanunvericiliyə uyğun olaraq, paytaxtda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılıb sanksiyalaşdırılmayan hər hansı qanunsuz aksiyanın, yaxud aksiyaya cəhdlərinin qarşısı alınacaq”, - DİN rəsmisi bildirib.

 

Müəllif: