Ucnoqta.az
www.ucnoqta.az

Seyfəli poliqonunda döyüş sursatlarının utilizasiyası keçiriləcək

12:34 - 10 May 2022 tarixində dərc olunub.

Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdirilir.

Bu barədə Ucnoqta.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildiririlib ki, döyüş sursatlarının utilizasiya prosesi 11.05.2022-ci il tarixdən 14.05.2022-ci il tarixədək Seyfəli poliqonunda həyata keçiriləcək.

Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək.

Müəllif: