Ucnoqta.az
www.ucnoqta.az

Vilayət Eyvazov polkovnik-leytenanta yeni vəzifə verdi

13:49 - 8 May 2022 tarixində dərc olunub.

Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.

Ucnoqta.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis polkovnik-leytenantı Mərdanov Araz Yusif oğlu Ağstafa rayon Polis Şöbəsinin Cinayət Axtarışı Bölməsinin rəisi təyin olunub.

O bu vəzifəyə qədər, Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində çalışıb.

Müəllif: