Ucnoqta.az
www.ucnoqta.az

Gəncədə 72 yaşlı qadının meyiti tapılıb

21:23 - 6 May 2022 tarixində dərc olunub.

Gəncədə 72 yaşlı qadının meyiti tapılıb.

Ucnoqta.az bu barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
"112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan FHN-nin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1950-ci il təvəllüdlü Cəfərova Bəsti İslam qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

Müəllif: