Ucnoqta.az
www.ucnoqta.az

XTQ təlimlərə başladı - <font color=red><b>VİDEO</b></font>

16:50 - 6 May 2022 tarixində dərc olunub.

Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci il üçün döyüş hazırlığı planına əsasən xüsusi təyinatlı hərbi hissə və bölmələrin taktiki-xüsusi təlimi keçirilir.

Bu barədə Ucnoqta.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Çətin keçidli dağ və qayalıq ərazilərdə xüsusi təyinatlılar ərazi kəşfi, dağ hazırlığı və müxtəlif yerdəyişmələr üzrə fəaliyyətlər yerinə yetirirlər.

Taktiki-xüsusi təlimlərin keçirilməsində əsas məqsəd xüsusi təyinatlı hərbi hissə və bölmələrin döyüş qabiliyyətinin daha da yüksəldilməsidir.

Müəllif: