Ucnoqta.az
www.ucnoqta.az

Zümrüd onu tənqid edənlərə cavab verdi: <font color=red><b>“Təki reklamınız getsin” - FOTO/VİDEO</b></font>

09:58 - 6 May 2022 tarixində dərc olunub.

Ötən gün ARB-də yayımlanan “Xəbər-ətər” verilişində Zümrüd Bədəlova verdiyi sual ilə sosial şəbəkədə qınaq obyektinə çevrilib.

Aparıcı ünvanına səslənən mənfi rəylərə qarşı səssiz qalmayıb.

Bədəlova sosial media hesabında paylaşım edib:

“O qədər kasad, dar düşüncəli insanlar var ki, sözü tərsindən anlayan, məğzi başa düşməyən və demaqoq... Nə qədər gülürəm sizə, kef edin, təki reklamınız getsin”, - deyə Zümrüd əlavə edib.

Qeyd edək ki, ötən gün milli istiqlal şairimiz Əhməd Cavadın 130 illik yubileyi münasibətilə şairin nəvəsi Anar Axundzadə “Xəbər-ətər” verilişində qonaq olub. Zümrüd Bədəlova qonağa “Babanızı görmüsünüzmü?” deyə sual verib. Anar isə təəccübünü gizlədə bilməyib və “yox, babam 1937-ci ildə güllələnib”, - deyə bildirib. Aparıcının məlumatsızlığı sosial şəbəkə izləyiciləri tərəfindən müzakirəyə səbəb olub.///oxu.az

Müəllif: