Ucnoqta.az
www.ucnoqta.az

Ermənilər Qarabağda bunkerlər tikir

14:40 - 5 May 2022 tarixində dərc olunub.

"Hələ müharibədən əvvəl yeraltı istehkamlar – bunkerlər tikməyə başladıq, çünki müharibənin qaçılmaz olduğunu bilirdik."

Ucnoqta.az erməni mətbuatına istinadən xəbər verir ki, bu fikirləri Qarabağda qondarma rejimin “rəhbəri” Arayik Arutyunyan Ermənistandan gələn ziyalılarla görüşdə deyib.

“Düşmən hücumu zamanı güclü müdafiəni təmin edəcək 100 belə müdafiə strukturunun tikilməsi nəzərdə tutulmuşdu. O, bildirib ki, onlardan 17-nin tikintisinə artıq başlanılıb, birində işlərin hətta başa çatmaq üzrə olduğu və bu bunkerin müharibə zamanı istifadə olunduğunu bildirib. 44 gün ərzində bu mövqedə itki olmayıb."

O, təəssüflə qeyd edib ki, əgər müharibə altı ay sonra başlasaydı, bu yeraltı tikililər tikiləcəkdi və bu qədər qurbanlar olmayacaqdı: 
"Çünki sentyabrın 28-də artıq bütün tikinti işlərinin dayandırılması qərara alınıb. Lakin şənbə cümə günündən tez gəldi ", - qəzet yazır.

Müəllif: