Ucnoqta.az
www.ucnoqta.az

Məşhur narkobaron ABŞ-a ekstradisiya edildi

09:50 - 5 May 2022 tarixində dərc olunub.

Kolumbiyanın ən nüfuzlu narkobaronlarından olan, dünyanın ən nəhəng narkotik dövriyyəsini həyata keçirən “Klan del Golfo” (“Körfəzin Kralı”) klanının “Otoniel” ləqəbli rəhbəri Dairo Antonio Usuqa ABŞ-a ekstradisiya edilib.

Bu barədə Kolumbiya Prezidenti İvan Duke öz “Twitter” səhifəsində məlumat verib.

“Hamı bilməlidir ki, hökumətimiz narkotik terrorçularını ya həbs edir, ya ekstradisiya edir və ya məhv edir”, - deyə Kolumbiya Prezidenti qeyd edir.

“Klan del Golfo” Kolumbiyanın ən böyük narkotik kartellərindən biri hesab olunur, Mərkəzi və Şimali Amerika ölkələrinə kokain tədarükü ilə məşğuldur.///oxu.az

 

Müəllif: