Ucnoqta.az
www.ucnoqta.az

Bakıda daha bir “Prius” qəzaya düşdü - <font color=red><b>VİDEO</b></font>

13:49 - 4 May 2022 tarixində dərc olunub.

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Ucnoqta.az xəbər verir ki, qəzanın görüntüləri sosial şəbəkədə yayılıb.

Qəza paytaxtın Ziya Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsində baş verib.

Belə ki, 90-OJ-714 dövlət nömrə nişanlı “Toyota Prius” markalı avtomobil ilə 99-XZ-984 dövlət nömrə nişanlı yük avtomobili toqquşub. 

Hadisə nəticəsində nəqliyyat vasitələrinə maddi ziyan dəyib. Ölən və xəsarət alanlarla bağlı məlumat yoxdur.

Həmin görüntüləri təqdim edirik:

Qeyd edək ki, son günlər Bakıda “Prius”ların iştirakı ilə mütəmadi qəzalar baş verir.


​///oxu.az

Müəllif: