Ucnoqta.az
www.ucnoqta.az

Bakıda dilənçilik edən saxta qazi saxlanılıb - <font color=red><b>Video (YENİLƏNİB)</b></font>

11:20 - 3 May 2022 tarixində dərc olunub.

Bakıda qazi adı ilə dilənçilik edən şəxslə bağlı yeni məlumat üzə çıxıb. 

Bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, o, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə üç dəfə məhkum olunub.

10:41

Paytaxtda özünü qazi kimi təqdim etməklə, hərbi geyimdə əlil arabasında dilənçilik edən şəxsin əməlləri polis tərəfindən ifşa olunub.


Bu barədə Ucnoqta.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Ağdaş rayon sakini, 1996-cı il təvəllüdlü Ümid Məmmədov daha asan və daha çox “qazanc” əldə etmək məqsədilə ənənəvi üsullardan kənar yollarla dilənçilik fəaliyyəti ilə məşğul olub.

Sağlamlıq vəziyyəti qaydasında olan, heç bir əlillik dərəcəsi olmayan Ü.Məmmədov barəsində araşdırmalar davam edir.

Müəllif: