Ucnoqta.az
www.ucnoqta.az

Rusiya Odessaya raket zərbəsi endirib, <font color=red><b>ölən və yaralananlar var</b></font>

22:05 - 2 May 2022 tarixində dərc olunub.

Rusiya ordusu Ukraynanın Odessa şəhərinin infrastruktur obyektlərinə raket hücumu həyata keçirib.

Ucnoqta.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Odessa Regional Hərbi Administrasiyasının rəhbəri Maksim Marçenko məlumat verib.
Onun sözlərinə görə, hücum nəticəsində ölən və yaralananlar var, lakin onların sayı hələ dəqiqləşdirilməyib.

"Düşmən Odessanın infrastruktur obyektlərindən birinə raket zərbəsi endirib. Təəssüf ki, ölənlər və yaralananlar var. Biz bunu belə qoymayacağıq. Ukrayna torpaqlarında bir işğalçı qalana qədər onları məhv edəcəyik”, - Marçenko sosial şəbəkə hesabında yazıb.
 

Müəllif: