Ucnoqta.az
www.ucnoqta.az

Rusiya millisi Millətlər Liqasından kənarlaşdırılıb

21:20 - 2 May 2022 tarixində dərc olunub.

Rusiyanın milli futbol yığması Millətlər Liqasının 2022/23 mövsümündə iştirak etməyəcək.

"Report" xəbər verir ki, bu barədə Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) mətbuat xidməti məlumat yayıb.

Rusiya komandası B qrupunda İslandiya, İsrail və Albaniya komandaları ilə ikinci güclü divizionda çıxış etməli idi. Lakin komanda avtomatik olaraq dördlükdə sonuncu yeri tutacaq və Millətlər Liqasının növbəti mövsümündə üçüncü divizionundan çıxarılacaq.

Müəllif: