Ucnoqta.az
www.ucnoqta.az

Ukrayna Rusiya ordusunun son itkilərini <font color=red><b>AÇIQLADI </b></font>

15:45 - 2 May 2022 tarixində dərc olunub.

Ukrayna tərəfi Rusiya Silahlı Qüvvələrinin hərbi itkilərinin sayını açıqlayıb.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, fevralın 24-dən etibarən Rusiya tərəfi təxminən 23 800-ə yaxın canlı qüvvəsini itirib.

Bundan əlavə, Rusiya ordusunun 1 048 tankı, 2 519 zirehli döyüş maşını, 459 artilleriya sistemi, 152 reaktiv yaylım atəşi sistemi, 80 havadan müdafiə sistemi, 194 hərbi təyyarəsi, 155 helikopteri, 1 824 avtomobil texnikası, 271 dronu, 38 xüsusi avadanlığı, 84 qanadlı raketi məhv edilib.

Müəllif: