Ucnoqta.az
www.ucnoqta.az

Ağdam və Ağcabədidə evlərdən 17 min manatlıq qızıl oğurlanıb

13:41 - 2 May 2022 tarixində dərc olunub.

Ağcabədi rayonunda evdən oğurluq edilib.

DİN-in mətbuat xidmətindən verilən xəbərə görə, Rayon Polis Şöbəsinə aprelin 25-də evlərdən birindən oğurluq olması barədə məlumat daxil olub.

Keçirilən əməliyyatla 7000 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakini A.Məmmədov saxlanılıb.

Ağdamda isə evdən 10.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Polisin keçirdiyi əməliyyat nəticəsində oğurluqda şübhəli bilinən Şəmkir rayon sakini, əvvəllər məhkum olunmuş N.Mehdiyev saxlanılaraq istintaqa cəlb olunub.

 

Müəllif: