Ucnoqta.az
www.ucnoqta.az

Ramazanın sonuncu gününün duası -<font color=red><b> imsak və iftar vaxtları</b></font>

22:00 - 30 Aprel 2022 tarixində dərc olunub.

Sabah Ramazan ayının otuzuncu - sonuncu günüdür. 

Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 1-də imsak vaxtı saat 04:05-də, iftar vaxtı isə 19:51-dədir. 

Otuzuncu günün imsak vaxtı üçün duanı təqdim edirik: 

“Allahumməc-əl siyami fihi biş-şukri vəl-qəbul. Əla ma tərzahu və yərzahur-Rəsul. Muhkəmətən furuuhu bil-usul. Bihəqqi seyyidina Muhəmmədin və alihit-tahirin. Vəl-həmdu lillahi rəbil-aləmin”. 
Tərcüməsi: “İlahi, ağamız Məhəmməd və onun pak ailəsi xatirinə bu aydakı orucumu sənin və peyğəmbərinin razı qaldığı şəkildə qəbul et! Dinimizin etiqad təməllərini möhkəm qərar ver. Həmd aləmlərin rəbbi olan Allaha məxsusdur!”

Allah orucunuzu qəbul eləsin!

Müəllif: