Ucnoqta.az
www.ucnoqta.az

Biləsuvarda traktor avtomobillə toqquşdu:<font color=red><b> ölən var</b></font>

19:16 - 30 Aprel 2022 tarixində dərc olunub.

Biləsuvarda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Ucnoqta.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun “PMK-9” adlanan ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan traktor “Hunday” markalı avtomobillə toqquşub. Qəza nəticəsində minik avtomobilin sürücüsü, rayonun Dərvişli kənd sakini Elçin adlı şəxs (soyadı dəqiqləşdirilir-red) hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: