“BakuBus” MMC-nin istismarında olan 5 və 7A nömrəli marşrut xətləri üzrə hərəkət edən avtobuslar pulsuz WiFi xidmətinə qoşulub.
Ucnoqta.az xəbər verir ki, bu barədə MMC məlumat yayıb. Məlumata görə, cəmiyyət tərəfindən bu istiqamətdə aparılan testlər uğurla başa çatıb və sərnişinlər 30.04.2022-ci il tarixindən bu xidmətdən yararlana biləcəklər.
“BakuBus” MMC-nin istismarında olan digər marşrut xətləri üzrə hərəkət edən avtobusların da pulsuz WiFi xidmətinə qoşulması nəzərdə tutulur.