Ucnoqta.az
www.ucnoqta.az

Yanğında zəhərlənən iki nəfər evə buraxıldı

18:47 - 29 Aprel 2022 tarixində dərc olunub.

Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasında stasionar müalicə alan iki nəfər də ambulator müalicə üçün buraxılıb.

Bu barədə Ucnoqta.az-a TƏBİB-dən bildirilib.

Qeyd edək ki, Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına doqquz daxilolma qeydə alındığı bildirilmişdi.

Qeyd edilmişdi ki, 7 nəfərə ilkin tibbi yardım göstərilərək, ambulator müalicə üçün buraxılıb, 2 nəfər tüstüdən yüngül zəhərlənmə diaqnozu ilə müşahidə altındadır.

 

Müəllif: