Ucnoqta.az
www.ucnoqta.az

Beyləqanda iki maşın toqquşub, <font color=red><b>ölən var</b></font>

14:15 - 29 Aprel 2022 tarixində dərc olunub.

Beyləqanda ölümlə nəticələnən yol qəzası baş verib.

DİN-dən Ucnoqta.az-a verilən xəbərə görə, aprelin 28-də saat 13 radələrində Beyləqan rayonunun 1-ci Şahsevən kəndi ərazisində rayon sakinləri İsmayıl Zeynallının idarə etdiyi “VAZ-217050” və Möhlət Həsənovun idarə etdiyi “QAZ-53” markalı avtomobillər toqquşub. Nəticədə İ.Zeynallı hadisə yerində ölüb, sərnişini xəstəxanaya yerləşdirilib.

Beyləqan RPŞ-də araşdırma aparılır.

Müəllif: