Ucnoqta.az
www.ucnoqta.az

Rusiyada nazir müavini işləmiş azərbaycanlı vəfat etdi - <font color=red><b>FOTO</b></font>

17:05 - 28 Aprel 2022 tarixində dərc olunub.

Rusiyada nəqliyyat nazirinin müavini vəzifəsində çalışmış azərbaycanlı vəfat edib.

“Qafqazinfo”nun məlumatına görə, gəmiçilikdə tanınmış İzmayılovlar-Süleymanovlar nəslinin nümayəndəsi olan Çingiz İzmayılov uzun sürən xəstəlikdən sonra 74 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Çingiz İzmayılov 1948-ci ildə Bakıda anadan olub. O, 1984-cü ildən Rumıniyada Sovet Dunay Gəmiçiliyi agentliyinin rəis müavini, 1987-ci ildən Xəzər Dəniz Gəmiçiliyi rəisinin birinci müavini, 2001-ci ildən isə Rusiya nəqliyyat nazirinin müavini vəzifələrində çalışıb.

 

Müəllif: