Ucnoqta.az
www.ucnoqta.az

DİN yeniyetmənin döyülməsi barədə görüntülərə münasibət bildirib - <font color=red><b>VİDEO</b></font>

15:31 - 28 Aprel 2022 tarixində dərc olunub.

Sosial şəbəkələrdə yeniyetmələr arasında mübahisəni əks etdirən görüntülər yayılıb.

Ucnoqta.az xəbər verir ki, videoda 4 yeniyetmənin bir nəfəri döydükdən sonra kameraya çəkdiyi görünür. Onlar döydükləri yeniyetmədən üzr istəməsini tələb edib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, baş leytenant Mahir Məsimov APA-ya bildirib ki, məsələ artıq nəzarətə götürülüb: "Görüntülərdən məlumatlıyıq. Məsələ ilə bağlı araşdırmalara başlanılıb, nəticəsi barədə əlavə məlumat veriləcək. Görüntülərdə Ağdaş rayonunun adı çəkilsə də, hadisənin hansı ərazidə baş verməsi araşdırmalardan sonra dəqiq məlum olacaq".

Müəllif: